• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fevralın 5-də qulağınız Nyonda olsun

  • İdman
  • 2 Fevral 2015 16:10
  • 387 Baxış
Fevralın 5-də qulağınız Nyonda olsun

Fevralın 5-də, yerli vaxtla saat 9-da (Bakı vaxtı ilə saat 12:00) İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, AFFA-nı tədbirdə baş katibin müavini Sərxan Hacıyev və Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə təmsil edəcək.

Komandaların püşk üçün səbətlərə bölgüsünü diqqətinizə çatdırırıq:

A səbəti: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Çexiya, Portuqaliya, Hollandiya, Danimarka

B səbəti: Rusiya, İsveçrə, İsveç, Serbiya, İsrail, Ukrayna, Slovakiya, Rumıniya, Belçika

C səbəti: Türkiyə, Sloveniya, Avstriya, Yunanıstan, Şotlandiya, Xorvatiya, Norveç, Ermənistan, Monteneqro

D səbəti: Finlandiya, Uels, Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, İrlandiya, Belarus

E səbəti: Bolqarıstan, Kipr, Makedoniya, Litva, Azərbaycan, Qazaxıstan, Albaniya, Latviya, Estoniya

F səbəti: Farer adaları, Şimali İrlandiya, Lüksemburq, Malta, San Marino, Andorra, Lixtenşteyn

Xəbər lenti

DAHA ÇOX XƏBƏR