Messi ilə görüşmək istədi, təyyarədə öldü
Bizi izləyin

İdman

Messi ilə görüşmək istədi, təyyarədə öldü

Kosta-Rika vətəndaşı səkkiz yaşlı Qabrielin İspaniyanın “Barselona” klubu və Argentina milli komandasının futbolçusu Lionel Messi ilə görüşmək istəyi baş tutmayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Messinin pərəstişkarı onunla görüş üçün təyin etdiyi vaxtdan bir saat əvvəl dünyasını dəyişib.

Məlumata görə, uşaq mədə xərçəngindən əziyyət çəkirdi və Messi ilə görüşməyi arzulayırdı. Onun yaxınları “Barselona” klubu ilə əlaqə saxlayıb və Messi ilə görüşmək üçün razılıq əldə edib. Görüş fevralın 1-də, “Barselona”-"Villarreal” oyunundan əvvəl keçirilməli idi. Ancaq Qabriel təyyarə Madridə enmədən əvvəl dünyasını dəyişib.

“Barselona” klubu Qabrielin qohumlarına başsağlığı verib və cənazənin vətəninə göndərilməsi xərclərini üzərinə götürüb. Hadisəyə Messinin özünün reaksiyası barədə məlumat yoxdur. Ancaq onun fevralın 2-də komandanın məşqində iştirak etmədiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm