• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Xüsusi adam”a 142 minlik maşın hədiyyə edildi - VİDEO

  • İdman
  • 15 Fevral 2014 14:28
  • 939 Baxış
“Xüsusi adam”a 142 minlik maşın hədiyyə edildi - VİDEO

Maurinyo Londonda “Jaquar” avtomobilinin yeni markasının təqdimetmə mərasimində iştrak edib.

Dünya brendi sayılan “Jaquar” şirkətinin “F- TYPE Coupe” markalı yeni avtomobilinin təqdimetmə mərasimi keçirilib. Publika.Az xəbər verir ki, Maurinyo Hindistan şirkəti “Tata Motors”a məxsus olan brendin səfiri olmaq təklifini qəbul edib. Həmin gecə ictimai fəaliyyəti ilə bağlı media nümayəndələrinə məlumat verən Maurinyo eyni zamanda futboldan danışmağı da unutmayıb.

Portuqaliyalı mütəxəsis komandasının İngiltərə Premyer Liqasındakı çıxışı haqda danışıb:

“Hazırda bir qədər rahatıq. Turnir cədvəlindəki mövqe və komandamızın parlaq gələcəyinə inam bizim çıxışımıza böyük təsir göstərəcək. Komandam liderlik mövqeyinə çətinliklə yüksəldi. Lakin orda qalmağın çətin olacağını düşünmürəm. İndi hər şey öz əlimizdədir.

Futbolçular da çox yaxşı başa düşür ki, hər oyunda qələbə qazansaq, bizə çempion olmaq üçün heç nə mane olmayacaq. “Çelsi” uzun müddətdir məğlub olmuruq. Bu da bizim üçün böyük üstünlükdür. Biz asta-asta öz məqsədimizə doğru irəliləyirik”.

Tədbirdə iştrak etdiyinə və şirkətin səfəri olmağa razılıq vediyinə görə Maurinyoya yeni marka olan “Jaquar” hədiyyə olunub.

Bu haqda isə Portuqliyalı mütəxəsis zarafatla, maraqlı açılama verib:

“Hesab edirəm ki, məni bu maşınla görənlər paxıllığımı çəkəcək. Onsuzda paxıllığımın çəkilməsinə görə əziyyət çəkirəm. Bu da onlar üçün əlavə mövzü olacaq”.

Qeyd edək ki, bu avtomobilinin ilkin qiyməti 142 min dolları həcmindədir.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR