Dünya futbolunun 11 modapərəsti - Tirol hava limanında hansı məşhuru qadına bənzətdilər?
Bizi izləyin

İdman

Dünya futbolunun 11 modapərəsti - Tirol hava limanında hansı məşhuru qadına bənzətdilər?

Dünya futbolunun ulduzları pərəstişkarlarını təkcə yaşıl meydanlarda sərgilədikləri oyunla valeh etmirlər. Onlar həm də qeyri-adi hərəkətlərlə, geyimlərlə də diqqət mərkəzində olmağa çalışırlar. Hətta bunu bacarırlar da. Futbol ulduzlarının geyimi həmişə müzakirə mövzusu olub. Bu müzakirələr zamanı təbii ki, hər kəs öz zövqünə uyğun nəticə çıxarır. Ona görə də futbol ulduzları arasında kimin daha zövqlə geyindiyini, kimin "modnı oğlan" olduğunu birmənalı şəkildə iddia etmək çətindir. Zövqlər müxtəlif olduğundan, fikirlər subyektiv anlam daşıyır.

Publika.az dünya futbolunda geyim tərziylə seçilən 11 futbolçunu təqdim edir. Tam heyətə malik bir futbol komandası. Bu komandanın ən "modnı oğlan"ını müəyyənləşdirməyi isə buraxaq oxucuların öhdəsinə.

Aleks Sonq

Son vaxtlar Dani Alveş haqqında o qədər çox danışırlar ki, hətta bundan onun böyük dostu da inciyə bilər. Aleksin "Tchakap" sistemli orijinal geyim tərzi var. Təbii ki, o, bu tərzi seçərkən, dostu Dani Alveşin məsləhətinə də qulaq asıb.
"Tchakap" - bu, həyat tərzi, düşüncədi. Bu geyimlər maksimum komfort bəxş edir və özünüifadə üsuludu. Biz yalnız bir dəfə yaşayırıq, ona görə də gərək özümüz olaq. "Tchakap" azad və müstəqil olmağa kömək edir - qoşulun!". Sonq həyəcana gətirən geyim tərzini belə xarakterizə edir.

Riqober Sonq

Onun geyim tərzini belə xarakterizə etmək olar: nə istəyirsən geyin və özünü dəblə ayaqlaşan biri kimi hiss et. Çox güman ki, o, öz əmisi oğluna da nümunə olub. Atası vəfat edəndə Aleks Sonq 3 yaşında idi. Onun tərbiyəsi ilə Riqober məşğul olub. Karyerasının son illərində Riqober Sonq (yalnız o və Zinəddin Zidan iki dünya çempionatında meydandan qovulub) zahiri görünüşünə daha çox diqqət yetirməyə başladı. Bir neçə il əvvəl isə Avstriyanın Tirol hava limanında qəzetçilər onu qadına bənzətmişdilər! Qəribə deyil?

Cibril Sisse

33 yaşlı modapərəst son müsahibəsində özünü belə xarakterizə edib: "Mən necəyəm, elə də varam. Bəli, gözəl geyimləri, əşyaları sevirəm. Amma bununla yanaşı, onu da anlayıram ki, bu əşyaları futbolun sayəsində əldə etmişəm. Hər futbolçu iki ayağı da sınandan sonra yenidən yaşıl meydana dönməyi bacarmır. Mən bununla həqiqətən də fəxr edirəm. Ancaq insanlar birini digəriylə tez-tez səhv salırlar. Onlar tatiurovkamı, maşınımı, qeyri-adi geyim tərzimi görür və düşünürlər ki, mən dəbə mane oluram. Amma bu, belə deyil".

Emmanuel Adebayor

Bu gün toqolu bir yığın problemlə üz-üzədi. Ancaq o heç bir halda depressiyaya düşmək fikrində deyil. Əsas odu ki, kostyumla geyinmək üçün corab düzgün seçilsin. O, problemləri ilə bağlı danışarkən bu ifadəni işlədib: "Hələ sağam, amma qohumlarım artıq mənim əmlakımı bölüşürlər".

Əl-Hacı Diuf

"Təəssüf ki, bu oğlan futbolda özünü sevir". Nə vaxtsa Diuf haqqında bu ifadəni Stiven Cerrard deyib. Və bu, həqiqətdi. O, özünü hər yerdə sevir və istənilən məsələdə də işləri korlayır. Kiməsə maraqlıdısa, deyək, indi Əl-Hacı Malayziya klublarının birində futbol oynayır.

Raul Meyreleş

Əzəmətli portuqaliyalı nədənsə adama buqələmunu xatırladır. Onun imicini neçə dəfə dəyişdiyini hesablamaq mümkün deyil.

Mario Balotelli

Yazıq, yazıq Mario. Görəsən, dünyada onun təəccübləndirmədiyi adam qalıb? Bəlkə beləsini B seriyasında axtarmaq lazımdı? Daha bir sual: bu dünyada Balotelli üçün münasib yer var?

Daniel Starric

Artıq yarım ildi ki, futbol oynamayan hücumçu yenicə sıraya qayıdıb. Ancaq o, 6 ay ərzində "stilyaqalar"ın sırasından çıxmayıb.

Marko Roys

"Borussiya"nın xavbeki bekhemsayağı saç düzümünə çox diqqət ayırır. Ancaq geyimlə bağlı seçimi həmişə uğurlu olmur.

Rio Ferdinand

Əlbəttə, çimərliyə gedəndə nə istəsən, geyinmək olar. Amma... Rionun əynindəki nə idi?

Dani Alveş

Bu da dünya futbolunun baş modapərəsti. "Barselona"lının geyim tərzi hər şeyi göstərir. İzaha nə hacət?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm