Deputatın bağ evi yandı - VİDEO
Bizi izləyin

İdman

Deputatın bağ evi yandı - VİDEO

Rusiyanın yunan-Roma güləşi üzrə 3 qat olimpiya çempionu Aleksandr Karelinin bağ evi yanıb.

Publika.az-ın "Komsomolskaya Pravda"ya istinadən verdiyi xəbərə görə, evin yanğın zamanı çəkilmiş videosunu Altay Respublikasının Çemal rayonunun Elekmonar kəndi sakinlərindən biri sosial şəbəkədə paylaşıb.

Şahidlərin sözlərinə görə, yanğın yeməkxanada baş verib. Altay polisi hələ ki hadisə ilə bağlı açıqlama verməyib. Bu barədə araşdırma aparıldığı bildirilir.

Məlumat üçün deyək ki, Aleksandr Karelinin Sibirdə ayılarla güləşdiyi rəvayət olunur. Buna görə də, ona “Sibir ayısı” ləqəbi veriblər. İdmançı elə Sibir meşələrində odun kəsərkən “kəşf edilib”. Keçirdiyi görüşlərin birinin finalında qolu sındığı halda mübarizəyə davam edib və görüşdən qalib kimi ayrılıb.

Çempionluqlarından əlavə, 9 dəfə dünyanın, 12 dəfə Avropanın ən güclüsü, 2 dəfə Rusiyanın ən yaxşı idmançısı adına layiq görülüb. Karelin idmançı karyerası ərzində 887 görüşə çıxıb və cəmi 2 dəfə məğlub olub. Məşhur güləşçi 1997-ci ildə Rusiya Federasiyası Qəhrəmanı fəxri adına layiq görülüb.

Aleksandr Karelin 2000-ci ildən etibarən güləş karyerasına son qoyub və siyasətə qoşulub. O, Vahid Rusiya partiyasının üzvü, Rusiya Dövlət Dumasının deputatıdır.

Bundan əlavə, Karelin bədən tərbiyəsi üzrə elmlər doktoru dərəcəsinə malikdir.

Ona ünvanlanan “Sizin üçün “o, arxası üstə heç yatmaz da” deyirlər” sualına Karelin çox maraqlı şəkildə cavab vermişdi:

“Kürəyim nə döşək, nə də yataqda yerə dəydi. Dostlarım mənə “Səni nə zaman arxası üstə yatarkən görəcəyik” deyirlər. Mən də “məzarda” cavabını verirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm