• USD 1,7002 0,00% EUR 1,9959 +0,09%
    • GBP 2,2523 +0,37% RUB 0,0287 0,00%

Vəkil ümid edir, haqqını axtaranlar isə inanmır…

  • İdman
  • 3 Fevral 2015 17:05
  • 566 Baxış
Vəkil ümid edir, haqqını axtaranlar isə inanmır…

Avropa Liqasının qrup oyununda “İnter”lə (Milan) 0:0-lıq heç-heçə edib, növbəti mərhələyə çıxa bilməyən “Qarabağ”ın matçın son dəqiqələrində baş verənlərə görə UEFA-ya şikayət etdiyi məlumdur.

Çexiyalı referi Zelinkanın futbolçu Almeydanın vurduğu qolu hesaba almaması aranı qarışdırmışdı.

Publika.az xəbər verir ki, UEFA Ağdam klubunun şikayətiylə bağlı qərarı fevralın 5-də verməlidir.

Yeganə təsəlli

“Qarabağ”ın mətbuat xidmətindən verilən məlumata görə, klubu fevralın 5-də UEFA-da vəkil təmsil edəcək. Böyük ehtimalla, “İnter”lə oyunun nəticəsi olduğu kimi saxlanacaq. Bu isə Avropa Liqasında yoluna davam etmək istəyən “Qarabağ”ın ümidlərinin doğrulmaması deməkdir. Azərbaycan çempionu üçün yeganə təsəlli o ola bilər ki, UEFA “İnter”lə görüşdə kobud səhvə yol verən hakimlər briqadasını cəzalandırsın. Bir sözlə, fevralın 5-ni böyük ümidlərlə gözləməyə dəyməz...

Vəkilin ümidi

Azərbaycan klubunun vəkili Qürur Qaye Günal isə fevralın 5-də Avropa futbol qurumunun Ağdam klubunun lehinə qərar çıxaracağına ümidli olduğunu bildirmişdi. O, mətbuata açıqlamasında müsbət nəticəyə ümidli olduğunu demişdi:

"İnanıram ki, ya matçın təkrarlanması, ya da qolun qeydə alınması ilə bağlı qərar veriləcək. İnşallah, nəticə yaxşı olar. Mən ümidliyəm".

Publika.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>