“Fulhem”məşqçi tapdı- Feliks Maqat tarixə düşdü
Bizi izləyin

İdman

“Fulhem”məşqçi tapdı- Feliks Maqat tarixə düşdü

“Fulhem”məşqçi tapdı- Feliks Maqat tarixə düşdü

“Fulhem”in yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. Artıq komandanı almaniyalı mütəxəssis Feliks Maqat çalışıdıracaq.

Publika.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Feliks Maqatla komanda arasında 1,5 illik müqavilə imzalanıb.

Karyerası ərzində Almaniyadan başqa heç bir ölkədə çalışmayan 60 yaşlı mütəxəssis sonuncu dəfə 2011-2012-ci illər mövsümündə “Volfsburq”un baş məşqçi postunda olub.

O, İngiltərədə çalışacaq ilk almaniyalı məşqçi kimi tarixə düşüb.

Qeyd edək ki, hazırda “Fulhem” turnir cədvəlində sonuncu pillədədir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm