• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Moldova Azərbaycanla futbol matçından imtina etdi

  • İdman
  • 4 Fevral 2015 04:01
  • 822 Baxış
Moldova Azərbaycanla futbol matçından imtina etdi

Azərbaycan və Moldovanın futbol federasiyaları Antalyada təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşünün keçirilməsi barədə razılığa gələ bilməyib.

Report.az xəbər verir ki, iki ölkə federasiyası həqiqətən fevralın sonunda yığma komandalar arasında yoldaşlıq görüşünün keçirilməsi barədə danışıqlar aparıb, lakin tərəflər matçın keçirilmə tarixi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Azərbaycan 24 fevral, Moldova isə 22 fevral tarixini təklif edib. Bu gün Moldova Futbol Federasiyası (MFF) Bakıya mümkün gələcək əməkdaşlıqdan imtina barədə məktub göndərib. Bu məlumatı Sports.md nəşrinə MFF-nın vitse-prezidenti İon Testemitsanu təsdiq edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR