Top-16 turniri ilk dəfə Bakıda keçiriləcək
Bizi izləyin

İdman

Top-16 turniri ilk dəfə Bakıda keçiriləcək

Stolüstü tennis üzrə beynəlxalq Top-16 turniri ilk dəfə olaraq Azərbaycan paytaxtında keçirləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Publika.az-a verilən məlumata görə fevralın 6-da başlanacaq turnirlə əlaqədar Avropa Stolüstü Tennis İttifaqının nümayəndəsi Roman Plese Bakıya gəlib.

Cənab Plese bildirib ki, 1971-ci ildən keçirilən bu turnir indiyədək Top-12 adlandırılırdı.

Onun sözlərinə görə, turnirdə Avropanın 17 ölkəsindən 34 idmançı iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm