Klublar Komitəsində təqdimat
Bizi izləyin

İdman

Klublar Komitəsində təqdimat

AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, Premyer Liqada çıxış edən bütün klubların nümayəndələrinin iştirak etdiyi iclasda bir sıra məsələlər ətraflı müzakirə edilib.

Klublar Komitəsinin üzvlərinin dəvətinə uyğun olaraq, ayrı-ayrı məsələlərin müzakirəsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov, Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Rəmiş Malıyev və Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov iclasda iştirak edib, Klublar Komitəsinin üzvlərinin müvafiq suallarını cavablandırıblar.

İclasda Klublar Komitəsinin loqotipi təsdiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm