Məşhur futbol klubu siyasi oyunların qurbanına çevrilib
Bizi izləyin

İdman

Məşhur futbol klubu siyasi oyunların qurbanına çevrilib

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu son zamanlar klub ətrafında baş verən hadisələrə bir daha münasibət bildirib.

Publika.az xəbər verir ki, prezident Kataloniya klubu ilə bağlı yaşanan son hadisələrin siyasi məsələlərdən qaynaqlandığını bildirib:

"Bir il öncə "Nou Kamp" stadionunda Kataloniyanın müstəqilliyinə həsr olunmuş konsert keçirilmişdi. Bundan başqa, komandamız Kataloniya bayrağının rəngləri olan formada oynayıb. Mən bütün bunlara həm idman, həm də siyasi element kimi baxıram. Amma biz həqiqətə nail olmaq üçün işləməyə davam edəcəyik. Mən bunu etməyə borcluyam".

"Barselona"nın rəhbəri Neymarın keçidi zamanı 2,8 milyon avronu vergidən yayındırmaqda ittiham olunur. Bartomeu əvvəllər bildirmişdi ki, belə intriqaların "Real" tərəfindən yaradıldığını istisna etmir. O, fevralın 13-də məhkəmədə ifadə verməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm