İbrahimoviçdən növbəti tərbiyəsizlik: “Mən burada bossam”
Bizi izləyin

İdman

İbrahimoviçdən növbəti tərbiyəsizlik: “Mən burada bossam”

Fransanın"PSJ" klubunun isveçli futbolçusu Zlatan İbrahimoviç komanda yoldaşlarına ağalıq etmək fikrinə düşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu “Lill” komandası ilə Fransa kubokunun yarımfinal matçından sonra komanda yoldaşlarına mətbuatla ünsiyyət saxlamağı qadağan edib.

Oyundan sonra İbrahimoviç müdir tonu ilə futbolçulardan tələb edib ki, KİV nümayəndələri ilə danışmasınlar. “Məni izləyin. Heç kim dayanmır və danışmır. Mən burada bossam”, - isveçli futbolçu bildirib.

Futbolçu yoldaşlarından yalnız braziliyalı Lukas İbrahimoviçin sözünə baxmayıb və mətbuatın bütün suallarına cavab verib.

Qeyd edək ki, bu hadisə İbrahimoviçin son həftə ərzində jurnalistlərə qarşı ikinci hörmətsizliyi olub. O, yanvarın 30-da “Renn”lə oyundan sonra müxbirlərdən birini təhqir edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm