“Real”ın bahalı futbolçusunun ayağı qırıldı
Bizi izləyin

İdman

“Real”ın bahalı futbolçusunun ayağı qırıldı

"Sevilya" ilə oyunda zədələnən "Real"ın futbolçusu Xames Rodrigesin zədəsi olduqca ciddidir.

Publika.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçinin sağ ayağının dayaq sümüyündə qırıq aşkarlanıb. Bu barədə "Kral klubu"nun rəsmi saytı məlumat yayıb.

Matçda ilk qolu vuran (2:1) Xамеs Rodriges 27-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.

Zədəsinin ağır olduğunu bilən futbolçu, xəstəxanaya gedərkən ağlayırmış. Yaxın saatlarda futbolçunun üzərində cərrahiyyə əməliyyatı aparılacaq. İlkin məlumata görə, o, ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm