Mustafa Dənizli möcüzəsi davam edir: Premyer Liqanın bütün nəticələri - VİDEO
Bizi izləyin

İdman

Mustafa Dənizli möcüzəsi davam edir: Premyer Liqanın bütün nəticələri - VİDEO

Bu gün Topaz Premyer Liqasında XXI tura yekun vurulacaq. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq. Publikaaz xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Artıq bütün oyunlar başa çatıb. Günə paytaxt derbisi ilə start verilib və "Bakı" "Neftçi"ni qəbul edib. Yeni ilə uğurlu başlayan "Bakı" ardıcıl 3-cü rəsmi oyununda 3-cü qələbəsini qazanıb - 2:0. 60-cı dəqiqədə Cavid Hüseynov açıb. 86-cı dəqiqədə isə Alberto Noquera fərqi iki topa çatdıraraq, matçın yekun hesabını müəyyənləşdirib.

Ardınca "Qəbələ" və "Xəzər Lənkəran" meydana çıxıb. Hesabı 26-cı dəqiqədə Daniel Subotiç açıb. "Xəzər Lənkəran" 51-ci dəqiqədə Sadio Tounkaranın bərabərlik qoluna sevinib. 5 dəqiqə sonra Mbilla Etame Lənkəran klubunu hesabda önə keçirsə də, qonaqların sevinci 9 dəqiqə çəkib. Belə ki, 65-ci dəqiqədə Subotiç oyunda yenə bərabərlik yaradıb. Xal itkisi ilə barışmayan "Xəzər Lənkəran" əsas vaxtın sonuna 6 dəqiqə qalmış qələbə qolunu vurub. Etamenin qolu matçın yekun hesabını müəyyənləşdirib - 3:2. Bununla da "Xəzər Lənkəran" Mustafa Dənizlinin rəhbərliyi altında uğurlu oyunlar seriyasını davam etdirib, "Qəbələ" isə ardıcıl ikinci matçda məğlub olub.

"Sumqayıt" "Rəvan"ı qəbul edib. Autsayderlərin duelində gülən olmpayıb. İlk qolu 25-ci dəqiqədə Rəhman Hacıyev vurub. "Rəvan" isə buna 44-cü dəqiqədə Miloş Adamoviçin qolu ilə cavab verib və matç 1:1 hesabı ilə başa çatıb. Nəticədə "Rəvan" 9-cu pillədəki mövqeyini qoruyub.

Turun son oyunu "Qarabağ"la AZAL arasında keçirilir. Matç saat 17.00-da başlayıb.

Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib və "İnter" səfərdə "Simurq" məğlub edib - 1:0.

Premyer Liqa

2013/14 mövsümü

III dövrə, XXI tur

15 fevral

Bakı - Neftçi 2:0

Qollar: Cavid Hüseynov, 60. Alberto Noquera, 86.

Bakı: 1. Aqil Məmmədov, 3. Yure Travner, 4. Mario Alvarez, 5. Ruben Qonzales, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (22. Namiq Ələsgərov, 90+2), 12. Etto, 16. Juninyo, 17. Risto Ristoviç (15. Alberto Noquera, 75), 23. Mario Lukas Horvat, 31. Vüqar Mustafayev.

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 6. Vadim Abdullayev, 10. Aleksandar Soliç, 21. Elvin Məmmədov, 2. Deyvidas Çesnauskis.

Baş məşqçi: Miloinko Pantiç.

Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 9. Flavinyo (21. Samir Məsimov, 88), 10. Cavid İmamverdiyev (23. Ruslan Qurbanov, 46), 11. Melvin Platye (14. Bahodir Nasimov, 63), 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Pavels Doroşevs, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev. 95. Elvin Bədəlov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Sarı vərəqələr: Vüqar Mustafayev, 18 (qeyri-idman hərəkəti). Risto Ristoviç, 24 (qeyri-idman hərəkəti). Ruben Qonzalez, 52 (qeyri-idman hərəkəti). Mario Alvarez, 80 (qeyri-idman hərəkəti). Alberto Noquero, 85 (oyunun bərpasını gecikdirdiyi üçün) - Cavid İmamverdiyev, 14 (qeyri-idman hərəkəti). Denis Silva, 19 (qeyri-idman hərəkəti). İqor Mitreski, 34 (qeyri-idman hərəkəti). Ernest Nfor, 52 (qeyri-idman hərəkəti).

Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Alik Yunusov.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Murad Məmmədov.

"Bakı"nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.

Qəbələ - Xəzər Lənkəran 2:3

Qollar: Daniel Subotiç, 26; 65 - Sadio Tounkara, 51. Mbilla Etame, 56; 84.

Qəbələ: 1. Kamran Ağayev, 6. Vladimir Levin (k), 7. Marat İzmaylov, 10. Dodo, 11. Yannik Kamanan (9. Viktor Mendi, 57), 16. Ruslan Tağızadə, 17. Nuran Qurbanov (8. Nizami Hacıyev, 56), 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 42. Leonardo da Silva, 44. Rafael Santos (19. Abdulvahid Afolabi, 90+1).

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Nikola Valentiç, 22. Lourival Assis, 34. Ürfan Abbasov.

Baş məşqçi: Yuri Syomin.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo de Xesus, 8. Deyan Blajevski (12. Junior Nildo, 69), 10. Elnur Abdullayev, 11. Zohair Benouahi (7. Sadio Tounkara, 46), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame (30. Elias, 86), 27. Manuel Skarlatake.

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə.

Baş məşqçi: Mustafa Dənizli.

Sarı vərəqələr: İbrahima Niasse, 36 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 45 (qeyri-idman hərəkəti) - Deyan Blajevski, 62 (qeyri-idman hərəkəti). Manul Skarlatake, 78 (qeyri-idman hərəkəti).

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Gülağa Cabbarov.

Qəbələ şəhər stadionu. 2800 tamaşaçı.

Sumqayıt - Rəvan 1:1

Qollar: Rəhman Hacıyev, 24 - Miloş Adamoviç, 44.

Sumqayıt: 63. Şahruddin Məhəmmədliyev, 3. Vurğun Hüseynov, 4. Samir Abasov, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 2. Şəhriyar Xəlilov, 14. Məhəmməd Qurbanov, 20. Elşad Manafov, 77. Ramil Mansurov, 92. Bəxtiyar Həsənalızadə.

Baş məşqçi: Aqil Məmmədov.

Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 10. Tyaqo Mirasema, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 18. Oke Akpoveta, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 24. Yamin Ağakərimzadə, 40. Mişel Balokoq.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 9. Elnur Abdulov. 14. Xuan Manuel Varea, 25. Ayaz Mehdiyev, 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov.

Baş məşqçi: Güvənc Kurtar.

Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Namiq Hüseynov, Fərid Məmmədov.

AFFA nümayəndəsi: Vaqif Davudov.

Hakim-inspektor: Asim Xudiyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16.00.

Qarabağ - AZAL 2:1

Qollar: Leroy Corc, 32. Çumbinyo, 47 - Viktor İbekoyi, 65.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 19. Jaba Dvali, 99. Nikolas Gelaşvili.

Baş məşqçi: Qurban Qurbanov.

AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 5. Murad Ağayev, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi (k), 18. Samuel Barlay, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasiradze.

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 4. Aylton, 8. Qərib İbrahimov, 21. Rey Məmmədbəyli, 27. Rəşad Abdullayev, 28. Emin Cəfərquliyev, 89. Nedo Turkoviç.

Baş məşqçi: Vaqif Sadıqov.

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Yaşar Abbasov, Tahir Əhmədov.

Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Kərim Ağayev.

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm