SON DƏQİQƏ: “UEFA Qarabağ”la bağlı qərarını verdi - FOTO
Bizi izləyin

İdman

SON DƏQİQƏ: “UEFA Qarabağ”la bağlı qərarını verdi - FOTO

UEFA-nın Nizam-İntizam Komitəsi “Qarabağ”ın Avropa Liqasında mübarizəni davam etdirib-etdirməyəcəyinə qərar verib.

Təəssüf ki, "Qarabağ"ın matçın təkrarlanması tələbi rədd edilib. Bu barədə "Qarabağ" klubunun vəkili Gayə Günal öz "Facebook" profilində məlumat yayıb.

UEFA komandanın apelyasiya şikayәti vermək şansı olduğunu bildirib.

***

Bu gün UEFA-nın Nizam-İntizam Komitəsi “Qarabağ”ın Avropa Liqasında mübarizəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək.

Publika.az xəbər verir ki, bu dəqiqələrdə İsveçrənin Nyon şəhərində qalmaqallı “Qarabağ” - “İnter” oyununun taleyi müzakirə edilir.

Yekun qərarın Bakı vaxtilə saat 21-00 da açıqlanacağı gözlənilir.

Xatırladaq ki, həmin qarşılaşmada Riçard Almeydanın son dəqiqələrdə vurduğu qolu başda Miroslav Zelinka olmaqla çexiyalı hakimlər briqadası qeydə almamışdı. Bununla da Agdam klubunun pley-offa yolu bağlanmış, püşkatmada onların yerini Ukrayna “Dnepr”i tutmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm