BAKI-2015: Bolqarıstanın heyəti məlum oldu
Bizi izləyin

İdman

BAKI-2015: Bolqarıstanın heyəti məlum oldu

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Bolqarıstan yığmasının heyətinin sayı dəqiqləşib.

Publika.az xəbər verir ki, Bolqarıstanın Milli Olimpiya Komitəsi Azərbaycana 109 idmançı ilə gələcəklərini açıqlayıb.

Baltikyanı ölkə təmsilçisi Bakı-2015-də baş tutacaq 20 idman növündən 11-də qüvvəsini sınayacaq.

Bolqarlar güləş idman növündə 24 çəki dərəcəsindən 23-də (16 kişi, 7 qadın) təmsil olunacaqlar. 11 boksçu (9 kişi, 2 qadın) ilə ölkəmizə gələcək komandanın heyətində həm kişilərdən, həm də qadınlardan ibarət voleybol yığmaları (14 kişi, 14 qadın) yer alacaq. Onlar bundan əlavə, gimnastikada 17 (8 kişi, 9 qadın), triatlonda 1 (qadın), qılıncoynatmada 2 (kişi), kanoedə 4 (3 kişi, 1 qadın), velosiped idmanında 2 (kişi), üzgüçülükdə 10, güllə atıcılığında 5 (3 kişi, 2 qadın) və samboda 6 (2 kişi, 4 qadın) idmançı ilə mübarizə aparacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm