İdman
Gənc liderlər arasında peyntbol çempionatı keçiriləcək
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər təşkilatları arasında Peyntbol idman növü üzrə Çempionat keçirəcək.
Çempionatda Azərbaycan Respublikasında fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatları iştirak edə bilərlər. Çempionatın keçirilməsində əsas məqsəd gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması, onların fiziki hazırlıqlarının inkişafına dəstəkdir. Eyni zamanda gənclər peyntbol idman növü vasitəsi ilə asudə vaxtlarını səmərəli istifadə etməklə həmyaşıdlarına vətənpərvərlik sahəsində örnək nümayiş etdirəcəklər.
Çempionatda gənclər təşkilatlarının nümayəndələri 6 nəfər olmaqla komanda yaradıb iştirak edə bilər. Keçirlməsi nəzərdə tutlan çempionatın ixtisaslaşmış idman növü olduğunu nəzrə alaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyası ilə sıx əməkdaşlıq ediləcəkdir. Məhz bu məqəsdlə də Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Peyntbol Federasiyası tərəfindən çempionatın rəsmi əsasnaməsi təsdiq edilmişdir.
Azərbaycan Respublikasında rəsmi dövlət qeydiyyatına alınmış gənclər təşkilatları 15 fevral 2015-ci ilədək rəsmi qaydada komandalarını qeydiyyatdan keçirməlidir. Qeydiyyat proseduru bitdikdən sonra komandalar arasında keçiriləcək püşkatma prosesində komandaların rəqibləri müəyyən ediləcəkdir. Layihə Gənclər Təşkilatlarının Milli Şurası, Gənclər üçün Təhsil Mərkəzi və İrəli İctimai biriliyi ilə əməkdaşlıq şəraitində həyata keçirilcəkdir.
Hər həftə davam edən yarışların yarımfinal qalibləri may ayında Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirləcək final mərhələsi ilə başa çatacaqdır. Qalib komanda üzvlərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunacaqdır.
Çempionatda iştirak etmək istəyənlərin nəzərinə!
Çempionatda iştirak etmək, çempionatda iştirak üçün ərizə formasını əldə etmək üçün çempionatın təşkilati işlər üzrə kuratoru Natiq Nəsirovla əlaqə saxlaya bilər.
Telefonlar: 012-537-12-24, 050-398-47-74;
Elektron poçt: [email protected]
Qeydiyyat üçün son tarix: 15 fevral 2015-ci il
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi