• USD 1,7022 0,00% EUR 1,8242 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0303 0,00%

İlk Avropa Oyunlarını 75 ölkə işıqlandıracaq

  • İdman
  • 6 Fevral 2015 16:08
  • 509 Baxış
İlk Avropa Oyunlarını 75 ölkə işıqlandıracaq

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Avropa Olimpiya Komitələrinin (AOK) Koordinasiya Komissiyasının sayca 5-ci və sonuncu iclasına həsr olunmuş mətbuat konfransını keçirib.

Publika.az xəbər verir ki, konfransda gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki, AOK Koordinasiya komitəsinin sədri Spiros Kapralos və Bakı 2015-in Əməliyyatlar üzrə direktoru Saymon Kleq iştirak edib.

İlk olaraq I Avropa oyunlarına həsr olunmuş videoçarx təqdim olunub.

Daha sonra AOK-un prezidenti Patrik Hikki çıxış edib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dünənki konfransda iştirak etdiyi üçün təşəkkür edib, könüllülərin formalarını bəyəndiyini deyib.

"Avropanın idmançıları və idman azarkeşləri onları gözləyən idman obyektlərindən məmnun olacaqlar".

Spiros Kapralos da gördüklərindən məmnun qaldıqlarını bildirib:

"Şübhəmiz yoxdur ki, Azərbaycan bu yarışı yüksək səviyyədə təşkil edəcək. Bu, bir tarix olacaq".

Daha sonra Azərbaycan gənclər və idman naziri Azad Rəhimov AOK prezidentinə təşəkkürünü bildirib:

"Həqiqətən də, qısa müddətdə görülən işlər Avropa səviyyəli idman mütəxəssislərini təəccübləndirib. Cəmi 4 ay qalıb mötəbər yarışın startına. Qeyd edim ki, bu oyunların Azərbaycan üçün böyük irsi qalacaq".

Saymon Kleq də çıxışında Azərbaycandakı işlərdən məmnun qaldığını deyib:

"Oyunların yüksək səviyyədə keçirilməsi üçün çalışılacaq. Avropadan kənar 75 dövlətlə də əlaqə yaratmışıq ki, bu yarış işıqlandırılsın".

Çıxışlardan sonra qonaqlar jurnalistlərin suallarını cavablandırıb.

AOK prezidenti Patrik Hikkiyə Ermənistanın çıxışı ilə bağlı sual ünvanlanıb:

- Ermənistan işrtirak etməkdən vaz keçsə, cəzalanacaqmı?

P.Hikki: "AOK-un 50 milli Olimpiya komitəsi var ki, onların hamısı da iştirak edəcək. Buna görə hər birinə təşəkkür edirəm. Ermənistanın neçə idmançıyla iştirak edəcəyi ilə bağlı hələ dəqiq məlumat yoxdur".

Milli stadionla bağlı danışan Azad Rəhimov isə stadionun açılışının Avropa Oyunlarında olacağını diqqətə çatdırdı".

Aygün İlqarqızı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR