MÖCÜZƏ: Alın yazısını dizinə yazdırıbmış - FOTO
Bizi izləyin

İdman

MÖCÜZƏ: Alın yazısını dizinə yazdırıbmış - FOTO

“Alın yazısı” deyilən bir anlayış var. Ondan qaçmaq mümkün deyilmiş. Amma yaşadığımız kainatda çox möcüzəli məqamlarla rastlaşırıq. Endi Qrantın başına gələnləri də möcüzə adlandırmaq olar.

Endi Qrant “Liverpul”un sadiq azarkeşlərindən biridir. O qədər sadiq olub ki, dizinə məşhur komandaya bəstələnən mahnının sözlərinin bir hissəsini döydürüb: “You will never walk alone” (Sən heç vaxt tək deyilsən).

Publika.az xəbər verir ki, 2009-cu ildə Əfqanıstanda hərbi xidmətə yollanan çavuş Qrant həmin ilin fevralında faciəylə üzləşib. O, əldədüzəlmə minanı tapdalayıb və partlayış nəticəsində ayağından ciddi xəsarət alıb və arteriya damarı kəsilib. Müalicələr bəhrəsiz qaldığı üçün Qrant ayağının amputasiyasına razı olub. Əməliyyat uğurla başa çatsa da, cərrah ona dizindəki döymənin təhrif olunduğunu bildirib. Əməliyyat zamanı həkimlər “alone” sözünü “itirib”. Nəticədə Qrantın ayağındakı döymənin mənası dəyişib: “You will never walk”. Bunun mənası isə “Sən heç vaxt normal gəzə bilməyəcəksən” deməkdir.

Bu hadisədən sonra ruhdan düşməyən Endi idmanla məşğul olmağa başlayıb. Protezin köməkliyiylə qaçış təlimlərinə başlayan Qrant bir müddətdən sonra yaxşı nəticə göstərməyə başlayıb. Bu da özünün dediyi kimi həyatın ironiyasıdır: “Mənə heç vaxt gəzə bilməyəcəyimi demişdilər. Amma indi 10 kilometr məsafəni 40 dəqiqəyə qət edirəm”.

Paralimpiya yarışlarına qatılmağı qarşısına məqsəd qoyan sabiq zabit rekordlar qırmağı düşünür:

“Göstərdiyim nəticələr mənə əlavə güc verir. Başıma gələnlərdən sonra ortaya qoyduğum həyat mücadiləsiylə başqalarına da nümunə olmaq istəyirəm. İstək olandan sonra insan hansı vəziyyətdə olmasından asılı olmayaraq, məqsədinə nail ola bilər. Olanları dəyişə bilmərəm. Bu üzdən irəli baxıram. Hər bir pis vəziyyətdə yaxşı məqam axtarmalısan. Üç övladım və gözəl ailəm var. Növbəti ildə paralimpiya iştirakçıları arasına düşəcəyimə ümid edirəm. O faciədən sonra həyatım inanılmaz yöndə dəyişdi. İndi hər şey daha maraqlı gəlir mənə”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm