• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

UEFA bizə gözdağı verir?

  • İdman
  • 7 Fevral 2015 10:23
  • 941 Baxış
UEFA bizə gözdağı verir?

“Qarabağ”ın Avropa Liqasında başına gələnlərdən xəbəriniz var. “İnter” oyunun son dəqiqələrində Rçard Almeydanın tarixi qolunun qeydə alınmaması və “Köhlən atlar”ın turnirlə vidalaşması hamımızı sarsıtdı.

Son iki gündə Publika.az bu məsələni daha çox gündəmdə saxladı. Düzdür, fevralın 5-də bizi ovudacaq nəticə hasil olmadı. Hardasa bunu gözləyirdik. Amma...

Dünən FİFA referilərimizdən biri Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Sizcə, hansı oyuna?

UEFA Avropa Liqasının 1/16 final mərhələsində fevralın 19-da, Kiyev şəhərindəki NSK Olimpiyski stadionunda keçiriləcək "Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.

UEFA bununla nə demək istəyir, görəsən? Görəsən, qurumda oturanlar 16 oyun arasından başqasını seçə bilmirdilər? Niyə məhz “Qarabağ”ın yerinə vəsiqə qazanan “Dnepr”in oyununa azərbaycanlı hakim təyin olunur?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR