Ən bahalı legionerimiz 650 min avrodur - SİYAHI
Bizi izləyin

İdman

Ən bahalı legionerimiz 650 min avrodur - SİYAHI

Xaricdə oynayan futbolçularımızın dəyəri müəyyənləşib.

Publika.az хəbər verir ki, “transfer pəncərəsi” bağlanandan sonra "Transfermarkt" futbolçuların qiymətlərini yeniləyib.

Xaricdə oynayan ən bahalı futbolçumuz Dmitri Nazarovdur. Almaniyanın 2-ci Bundesliqasında çıxış edən "Karlsrue"nin formasını geyinən futbolçuya 650 min avro qiymət qoyulub.

İkinci pilləni Vaqif Cavadov tutur. "Qaziantep BB"-dən "Boluspor"a keçən millinin hücumçusunun dəyəri 600 min avrodur.

"Elazığspor"da çıхış edən Cavid İmamverdiyev, "Kayserispor"a transfer olunan Kamran Ağayev, "Fortuna"da top qovan Tuğrul Erat və Foqtsun bir dəfə yığmaya dəvət etdiyi "Kalmar"ın oyunçusu Emin Nurinin isə 500 min avro qiyməti var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm