• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sakitləşin - Ermənistan klubu azərbaycanlı futbolçudan imtina etdi

  • İdman
  • 7 Fevral 2015 13:22
  • 430 Baxış
Sakitləşin - Ermənistan klubu azərbaycanlı futbolçudan imtina etdi

Ermənistanın “Uliss” klubu azərbaycanlı futbolçu Şamil Qurbanovun kluba transfer olunması ilə bağlı söhbətlərə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, rəhbərlik Şamil Qurbanova müqavilə təklif etməyi düşünmür:

“Daha əvvəl xəbər yaymışdıq ki, müdafiəçi Şamil Qurbanov da daxil olmaqla “Uliss”də bir sıra futbolçular baxışdan keçirilir. Bu futbolçu Dağıstanda doğulub və Rusiya vətəndaşıdır. Qurbanov “Uliss”də bir yoxlama oyunu keçirdikdən sonra komandanın heyətini tərk edib. Klub rəhbərliyi ona müqavilə təklif etməyi düşünməyib”.

“Uliss” klubunun açıqlamasına görə, yalnız Qurbanov komandanın heyətini tərk etdikdən sonra onun vaxtilə Azərbaycanın gənclərdən ibarət millisində çıxış etdiyini biliblər:

“Uliss” heyəti gücləndirmək məqsədilə Antalyada aktiv şəkildə seleksiya işləri aparır, heyətə oyunçular cəlb edir. Məlum səbəblərə görə, heyətimizdə azərbaycanlı futbolçu ola bilməz...” - deyə klubun yaydığı rəsmi məlumatda bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR