Camal Rəhimov beynəlxalq turnirin ikinci mərhələsini də uğurla keçdi
Bizi izləyin

İdman

Camal Rəhimov beynəlxalq turnirin ikinci mərhələsini də uğurla keçdi

İspaniyada təşkil olunmuş Oliva Nova beynəlxalq turnirin ikinci mərhələsini keçərək maksimal 50 xalın 40-nı toplayan çaparımız, yarışın növbəti mərhələsinə adlayıb.

Publika.az xəbər verir ki, çaparımız turnirin ikinci həftəsində Ranking Classda 3-cü yeri tutub.

İspaniyada təşkil olunan turnir 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarında iştirak üçün xal qazandır. Qarşıda çaparımızı yarışın növbəti 10 mərhələsi gözləyir.

Qeyd edək ki, iki turun nəticəsi olaraq Camal Rəhimovun hesabında 90 xal var (ilk mərhələdən 50 xal).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm