“Liverpul” Cerrarda əvəz tapdı - “Roma”da
Bizi izləyin

İdman

“Liverpul” Cerrarda əvəz tapdı - “Roma”da

İngiltərə Premyer Liqasında çempionluq mübarizəsindən kənarda qalan “Liverpul” mövsümün sonunda kapitanıyla vidalaşacaq.

Publika.az xəbər verir ki, klub rəhbərliyi Stiven Cerrardın yerini doldurmaq üçün indidən transfer çalışmalarına başlayıb. “Qırmızılar”ın yeni hədəfi transfer hüququnun yarısı “Kalyari”yə məxsus olan, hazırda “Roma”da yaxşı mövsüm keçirən belçikalı yarımmüdafiəçi Raca Nainqqolandır.

İngiltərə mətbuatı mersisaydlıların 26 yaşlı istedadlı futbolçuyla şəxsən görüşdüyünü və onun keçidinə 20 milyon avro civarında pul ayırdığını iddia edir.

Nainqqolan cari mövsümdə A seriyasında 19 oyunda meydana çıxıb və 3 qol vurub. O, hazırda “Roma”nın yarımmüdafiə xəttinin “mühərrik”i hesab edilir.

“Kalyari” rəhbərliyi 26 yaşlı futbolçunun transfer məsələsində hər zaman stol arxasında oturmağa hazır olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm