• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bəhanə etmək lazım deyil - Ronaldo

  • İdman
  • 8 Fevral 2015 14:05
  • 1 758 Baxış
Bəhanə etmək lazım deyil - Ronaldo

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo komandasının "Atletiko" tərəfindən darmadağın edilməsindən (0:4) danışıb.

Publika.az xəbər verir ki, portuqaliyalı futbolçu bu oyunu unutmağın lazım olduğunu deyib:

"Heç nə yaxşı olmadı. Ən qısa zamanda unutmalı olduğumuz bir gün idi. Paltardəyişmə otağında hər kəs pərişan idi. Bu oyun gələcək üçün bir dərs olmalıdı.

Bəhanə etmək lazım deyil. Fiziki olaraq və düşüncə baxımından komandamız demək olar ki, meydanda yox idi. Bəli, səhvlərimiz oldu, amma başımızı dik tutub, yolumuza davam etməliyik. Hələ çempionatın bitməsinə çox var".

"Real"ın müdafiəçisi Karvahal isə biabırçı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR