Ronaldo əyləncəli gecə keçirdi - Azarkeşlər hiddətləndi
Bizi izləyin

İdman

Ronaldo əyləncəli gecə keçirdi - Azarkeşlər hiddətləndi

“Real”ın bir çox azarkeşləri Kriştiano Ronaldonun davranışından hiddətlənib.

Publika.az xəbər verir ki, Ronaldo İspaniya çempionatının 22-ci turunda keçirilən “Atletiko” ilə oyundan sonra 30 yaşının tamam olması münasibətilə əyləncəli gecə təşkil edib. Azarkeşləri də hiddətləndirən elə bu olub. Onlar hesab edirlər ki, Ronaldo “Atletiko”ya biabırçı məğlubiyyətdən (0:4) sonra belə tədbir təşkil etməməliydi.

Ronaldonun təşkil etdiyi əyləncəli gecədə təxminən 150 nəfər iştirak edib. Portuqaliyalının bu hərəkətindən “Real”ın bir neçə futbolçusu da narazı qalıb. Onlar Ronaldodan bununla bağlı izahat tələb ediblər.

Futbolçunun agenti Jorje Mendeş bildirib ki, Ronaldo tədbiri ləğv edə bilməzdi. Çünki tədbir bir ay əvvəl planlaşdırılıb və Kriştianonun bütün ailə üzvləri Portuqaliyadan Madridə gəlib. Mendeş bildirib ki, bu tədbir Ronaldonun üzərinə kölgə salmır və o, dünyanın ən yaxşı peşəkarıdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm