Abdullayevin yubiley qolu
Bizi izləyin

İdman

Abdullayevin yubiley qolu

Azərbaycan Premyer Liqasının 20-ci turu AZAL-ın futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

"Qəbələ"ylə səfər oyununda komandasına qələbə qazandıran (1:0) qolu penaltidən vuran yarımmüdafiəçi bu qarşılaşmayadək iştirakçısı olduğu 325 görüşdə 49 dəfə fərqlənmişdi. Mövsümdəki 5-ci qol isə ümumilikdə 50-ci olub.

İlk qolunu 2000-ci il aprelin 16-da "Xəzər Universiteti" - "ANS-Pivani" matçının (1:0) 33-cü dəqiqəsində vuran Abdullayev 5 komandanın heyətində fərqlənib. Hazırda "İnter" adlanan "Xəzər Universiteti" və "Xəzər Lənkəran"ın hərəsində 12, "Neftçi"də 16, "Qəbələ" və AZAL-ın hərəsində 5 dəfə rəqib qapılarına yol tapıb. 50 və daha çox qol vuran digər oyunçular isə ya karyerasını bitirib, ya da çempionatda çıxış etmir.

Abdullayev Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 33-cü oyunçudu. O, hazırda Premyer Liqada çıxış edən oyunçular arasında 100-ü yarılayan yeganə futbolçudu.

1. Nazim Əliyev 183

2. Müşfiq Hüseynov 125

3. Rövşən Əhmədov 116

4-5. Qurban Qurbanov 115

Samir Ələkbərov 115

6. Alay Bəhramov 108

7. Nadir Nəbiyev 103

8-9. Xaqani Məmmədov 102

Vadim Vasilyev 102

10. Kənan Kərimov 101

11. Musa Qurbanov 94

12. Fazil Pərvərov 89

13. Samir Musayev 88

14-15. Fərrux İsmayılov 85

İmamyar Süleymanov 85

16. Samir Əliyev 84

17. İsmayıl Məmmədov 76

18. İlham Məmmədov 74

19. Azər İsayev 73

20. Paşa Əliyev 72

21. Badri Kvaratsxeliya 71

22. Zaur Ramazanov 70

23. Yunis Hüseynov 66

24-25. Vidadi Rzayev 65

Mahir Əliyev 65

26-28. Mahmud Qurbanov 61

Ramiz Məmmədov 61

Georgi Adamiya 61

29. Həsən Abdullayev 51

30-33. Vüqar Qəmbərov 50

Mehman Baxışov 50

Yalçın Bağırov 50

Rəşad Abdullayev 50

Oxumağa davam et
Reklam
Reklam

Gündəm