İdman
Ukraynanın ulduz futbolçusu karyerasını bitirdi - VİDEO
"Liverpul"un, Moskva "Dinamo"sunun, "Bayer"in və Ukrayna yığmasının sabiq hücumçusu Andrey Voronin karyerasını bitirib.
Publika.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçunun agenti Andrey Qolovaş məlumat verib. Onun sözlərinə görə, hücumçu belə qərarı 2013-cü ilin payızında aldığı zədə üzündən qəbul edib:
"Zədəni müalicə etmək üçün müxtəlif variantlar var idi. Amma "Dinamo"da əməliyyata üstünlük verdilər. Nəticədə dekabr ayında Cenevrədə Andrey onurğa sütunundan əməliyyat olundu. Bu cür əməliyyatdan sonra oynamaq, demək olar ki, mümkün deyil.
Əlbəttə, biz həkimlərlə məsləhətləşmələr apardıq. Onlar bir il gözləməyi və sonra hansısa bir qərar qəbul etməyi məsləhət gördülər. Budur, bir il keçdi. Andrey xeyli fikirləşdi. Lakin elə vəziyyət yarandı ki, butsları birdəfəlik soyunmaq lazım gəldi. Bu qərarı vermək asan olmadı".
Hücumçu Ukrayna yığmasının heyətində 74 oyun keçirib, 8 qol vurub. Onun ən yaxşı illərini “Liverpul”da keçirdiyini də qeyd edək.
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO