“Mariya”, azərbaycanlılar, ermənilər və... kef məclisi
Bizi izləyin

İdman

“Mariya”, azərbaycanlılar, ermənilər və... kef məclisi

"Neftçi"nin veteren futbolçusu Rafiq Quliyevin 65 yaşı tamam olub.

Publika.az xəbər verir ki, SSRİ çempionatında "ağ-qaralar"ın heyətində 230 oyun keçirən futbolçu doğum gününü Moskvada qeyd edib. Onun özünə məxsus "Mariya" restoranında keçirilən tədbirə ermənilər də qatılıb. Əyləncəli məclisdə Rafiq Quliyevin yaxınları ilə yanaşı, vaxtiylə "Neftçi"də oynayan futbolçular, o cümlədən ermənilər də iştirak edib.

Azərbaycan-Ermənistan münasibətlərini nəzərə almayan veteranlar yeyib-içib əyləniblər. Tədbirdə Tofiq Abbasov, Rafiq Əlizadə, Eduard Markarov, Nikolay Smolnikov, Aleksandr Mirzoyan kimi futbol veteranları iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm