• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Böyük oyun” ərəfəsində futbolçular “Neftçi”ni ziyana saldı

  • İdman
  • 10 Fevral 2015 15:18
  • 340 Baxış
“Böyük oyun” ərəfəsində futbolçular “Neftçi”ni ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda AZAL və "Neftçi" klubları cəzalandırılıb.

Azərbaycan Premyer Liqasının 20-ci turunun "Qəbələ" - AZAL matçının (0:1) 78-ci dəqiqəsində AZAL-ın futbolçusu Viktor İqbekoyi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Neftçi" - "Simurq" matçında (0:0) "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. "Neftçi" əvəzedicilərinə görə də cəzalanıb. Belə ki, "ağ-qaralar"ın əvəzedicilərinin də "Simurq"a qarşı matçda 4 sarı vərəqə alması klubu 500 manat ziyana salıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR