“Mançester Yunayted”in futbolçuları ayaqyoluda seks videoları çəkir”
Bizi izləyin

İdman

“Mançester Yunayted”in futbolçuları ayaqyoluda seks videoları çəkir”

İngiltərə mətbuatında “Mançester Yunayted”lə bağlı yayılan bu xəbər ölkəni bir-birinə vurub.

Publika.az-ın məlumatına görə, “The Sun” qəzetinin “Mançester Yunayted”in ulduzları ayaqyoluda seks videoları çəkir” başlıqlı xəbəri hər kəsi ayağa qaldırıb.

Xəbərdə bildirilir ki, MY-nin bir neçə futbolçusu gecə klublarının birində əylənirmiş. Onlardan biri ayaqyoluda bir qızla intim əlaqədə olarkən komanda yoldaşları bunu telefonun yaddaşına köçürüb. Bu biabırçı hadisədən xəbər tutan klub rəhbərliyi araşdırmaya başlayıb.

Hətta futbolçunun gənc qızla münasibətinin görüntülərinin komanda yoldaşları arasında əldən-ələ gəzdiyi də deyilir. Videosu çəkilən 20 yaşlı xanım isə futbolçuların bu hərəkətini pisləyib:

"Utancvericidir. Bu futbolçular tualetin qapısının üstündən bizi kameraya çəkirdilər. Mən futbolçuların bu hərəkətinə görə çox pis oldum. Çox içkili idim. Hadisənin detallarına varmaq istəmirəm".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm