Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
Bizi izləyin

İdman

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Gənclər Mərkəzində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Gənclər Mərkəzində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Turnirdə 56 gənc şahmatçı iştirak edib. Yarışda Eyvaz Bayramov birinci, Günay Kərimova ikinci, Ruslan Mustafayev isə üçüncü yerləri tutublar. Qaliblər diplom, medal və kuboklarla mükafatlandırılıblar.

Tədbirdə Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze, Barış və Vətəndaş Bərabərliyi üzrə Gürcüstan Dövlət Nazirliyinin Kvemo Kartli-Borçalı bölgəsində nümayəndəsi Zaur Darğallı və başqa rəsmi şəxslər iştirak ediblər.

Gürcüstan Şahmat Federasiyasının prezidenti G.Georqadze istedadlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Marneuli turnirində iştirakından məmnunluğunu bildirərək Vüqarın vəfat etməsinə görə təəssüf etdiyini bildirib:
“Təəssüf edirəm ki, Vüqar dünyadan vaxtsız köçdü. Belə bir istedadlı idmançının bu gün aramızda olmaması kədər doğurur”.

Federasiyanın prezidenti Gürcüstanın azərbaycanlı gəncləri arasında şahmata böyük marağın olduğunu bildirib. O hazırda bu dərnəkdə məşğul olan gənc şahmatçıların sədalarının nəinki ölkə, həmçinin beynəlxalq turnirlərdən gələcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, bu ilin mayında 8, 12, 16 yaş qrupları arasında keçiriləcək şahmat üzrə Gürcüstan çempionatının təşkili ilə əlaqədar elan olunmuş tenderdə Marneuli Gənclər Mərkəzi qalib gəlib.

Tədbirin sonunda həmin çempionatın Marneulidə keçirilməsinə dair memorandum imzalanıb. Sənədi Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze və Marneuli Gənclər Mərkəzinin direktoru Rəna Nurməmmədova imzalayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm