Ulduzlar Həşimovu Şəmkirdə yad edəcək
Bizi izləyin

İdman

Ulduzlar Həşimovu Şəmkirdə yad edəcək

Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ikinci ənənəvi superturnirin iştirakçıları məlum olub.

Publika.az xəbər verir ki, Vüqar Həşimovun xatirə turniri bu ilin aprel-may aylarında Şəmkirdə keçiriləcək.

Superturnirdə 10 ən güclü şahmatçı yarışacaq: dünya çempionu Maqnus Karlsen (Norveç, 2865), Fabiano Karuano (İtaliya, 2811), Veselin Topalov (Bolqarıstan, 2800), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2797), Aniş Giri (Niderland, 2797), Uesli So (ABŞ, 2788), Vladimir Kramnik (Rusiya, 2783), Maksim Vaşye-Laqrav (Fransa, 2775), Şəhriyar Məmmədyarov (2759) və Teymur Rəcəbov (2731).

Vüqar Həşimovun birinci xatirə turniri ötən ilin aprelində keçirilib və Norveç şahmatçısı Maqnus Karlsenin qələbəsi ilə başa çatıb. Hazırda turnirin dəqiq tarixi müzakirə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm