Dünyanın ən bahalı “fillər”i - 37 milyon avro
Bizi izləyin

İdman

Dünyanın ən bahalı “fillər”i - 37 milyon avro

Futbolun vətəni İngiltərə sayılır. Braziliyada balacadan-böyüyə hər kəs futbolla yaşayır. Amma Avropa futbolun universitetidir. Burada özünü göstərməyən dünyanın ən yaxşıları sırasına düşə bilməz.

Bəs Afrika? Asiya və digər qitələrdə futbolun hələ indi-indi inkişaf etdiyini söyləyə bilərik. “Qara qitə” isə 30 ilə yaxındır dayanmadan dünya futboluna ulduzlar bəxş edir. Vea, Kanu, Babangida, Okoça, Eto`O, Droqba və s. Sayları çoxdur. Afrikalıların Avropaya axınından sonra futbol həqiqətən də daha baxımlı olmağa başladı. Bunu inkar etmək çətindir. Hətta bir az da şişirtsək, braziliyalılar Avropanın aparıcı çempionatlarına nə qədər rəng qatırsa, afrikalılar haqda da eyni sözləri söyləyə bilərik.

Bir neçə gün əvvəl Afrikada Millətlər Kuboku turniri başa çatdı. Fil Dişi Sahili 23 illik fasilədən sonra tarixində ikinci dəfə “Qara qitə”nin ən güclüsü seçildi. Ümumiyyətlə, “fillər” son illərdə Afrikanı böyük turnirlərdə layiqincə təmsil edir. Məsələn 1990-cı illərdə Kamerunla Nigeriya bu işi üzərinə götürmüşdüsə, indi məsuliyyət Droqbanın həmvətənlərindədir. Nəhəng klublar bu ölkədən çıxan futbolçuların transferinə milyonlar xərcləməkdən çəkinmir. Hətta bir futbolçu iki dəfə babat qiymətə klub dəyişməyə nail olub.

Publika.az sizə dünyanın ən bahalı “fillər”ini təqdim edir.

12. Seydu Dumbiya - “Yanq Boyz”dan ÇSKA-ya, 11 milyon avro.

11. Jervinyo - “Lill”dən “Arsenal”a, 12 milyon avro.

10. Aruna Kone - PSV-dən “Sevilya”ya 12 milyon avro.

9. Didye Zokora - “Sent-Etyen”dən “Tottenhem”ə, 12,35 milyon avro.

8. Vilfrid Boni - “Vitess”dən “Suonsi”yə, 13,9 milyon avro.

7. Seydu Dumbiya – ÇSKA-dan “Roma”ya, 14,4 milyon avro.

6. Abdul Kader Keyta - “Lill”dən “Lion”a, 16,8 milyon avro.

5. Lasina Traore - “Kuban”dan “Anji”yə, 18 milyon avro.

4. Kolo Ture - “Arsenal”dan “Mançester Siti”yə, 18,7 milyon avro.

3. Yaya Ture - “Barselona”dan “Mançester Siti”yə, 30 milyon avro.

2. Vilfrid Boni - “Suonsi”dən “Mançester Siti”yə, 32,3 milyon avro.

1. Didye Droqba - “Marsel”dən “Çelsi”yə, 37 milyon avro.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm