“İnanırıq ki, bu tilsim qırılacaq...”
Bizi izləyin

İdman

“İnanırıq ki, bu tilsim qırılacaq...”

Xəbər verdiyimiz kimi, bu gün Premyer Liqanın XXI turu çərçivəsində “Xəzər Lənkəran” “Neftçi”nin qonağı olacaq. Ajiotaj əvvəlki illərdəki kimi böyük olmasa da, bu qarşılaşmanı turun mərkəzi oyunu adlandırmaq olar.

Hər iki tərəfin oyuna ciddi hazırlaşdığı şübhəsizdir. Vəziyyətdən asılı olmayaraq, əzəli rəqiblərdir. “Neftçi”nin “böyük oyun”a necə hazırlaşmasını öyrənmək üçün klub prezident Sadıq Sadıqovun müşaviri Elnur Əşrəfoğlu ilə danışdıq.

Publika.az-a açıqlama verən Əşrəfoğlu heyətdəki vəziyyətlə də bağlı danışdı:

“Komandada hazırkı durum yaxşıdır. Bir neçə saatdan sonra növbəti oyunumuzdur. İnanırıq ki, tilsim qırılacaq, “Neftçi” qələbə qazanacaq. Zədəli Mirhüseyn Seyidovun bu matçda iştirak etməyəcəyi əvvəlcədən məlum idi. Qalan hər kəs öz yerindədir və məşqçi kimi məsləhət bilsə, onu da meydana çıxaracaq”.

Qeyd edək ki, “Neftçi” - “Xəzər Lənkəran” matçı saat 16:00-da “Bakcell Arena”da baş tutacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm