Kamran Ağayev Superliqada debüt edir - bu gün saat 20:00-da "Beşiktaş"a qarşı
Bizi izləyin

İdman

Kamran Ağayev Superliqada debüt edir - bu gün saat 20:00-da "Beşiktaş"a qarşı

Bu gün Türkiyə kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək. Millimizin üzvü Kamran Ağayevin formasını geyindiyi "Kayserispor" doğma meydanda Superliqa təmsilçisi "Beşiktaş"ı qəbul edəcək.

Publika.az xəbər verir ki, həmyerlimiz Kamran Ağayev bu matça start heyətində çıxacağını aut.az-a açıqlamasında bildirib. Onun adı əsas heyətə salınıb.

Qeyd edək ki, "Kayserispor" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm