Oyun satan qapıçı 6 aylıq cəzalandı - VİDEO
Bizi izləyin

İdman

Oyun satan qapıçı 6 aylıq cəzalandı - VİDEO

Danışılmış oyun bəlası virus kimi bütün dünyaya yayılıb.

Publika.az xəbər verir ki, növbəti belə hal Albaniyada aşkarlanıb. “Teuta Durres”in qapıçısı Alfred Osmani 3 oyunun nəticəsini “istədiyi” kimi müəyyənləşdirdiyi üçün 6 ay futboldan uzaqlaşdırılıb.

Qərarı Albaniya Futbol Federasiyası verib. Qolkiperin “satdığı” oyunlar arasında “Flamurtari” ilə “Teuta” arasında çempionat matçı da var. Bu qarşılaşmada hesab 1:1 olarkən qapısına vurulan zərbələri dəf etmək istəmədiyi, ləng davrandığı sezilən Osmani son dəqiqələrdə istəyinə çatmış və “Flamurtari” qələbə topunu vurmuşdu. Buraxdığı qoldan sonra alban qapıçı azarkeşlər tərəfindən ciddi etirazla qarşılaşmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm