“Barselona”nın bir ayağı finaldadır - VİDEO
Bizi izləyin

İdman

“Barselona”nın bir ayağı finaldadır - VİDEO

İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Publika.az xəbər verir ki, günün ilk oyununda "Barselona" evdə "Vilyarreal"ı qəbul edib. Katalonlar matçdan 3:1 qələbəylə ayrılıb. Hazırda titula ən real namizəd sayılan Luis Enrikenin yetirmələri finalın bir addımlığındadır. İlk qolun müəllifi Messi “Barsa”da 500-cü oyununu keçirib.

Günün ikinci qarşılaşmasında isə "Atletik" Bilbaoda "Espanyol"la bərabərə qalıb - 1:1. Bu cütün taleyi cavab qarşılaşmasında məlum olacaq.

Cavab oyunları martın 4-5-də keçiriləcək.

İspaniya kuboku, yarımfinal

11 fevral

Barselona - Vilyarreal 3:1

Messi, 41. İnyesta, 49. Pike, 64 - Triqueros, 47.

Atletik B - Espanyol 1:1

Aduris, 11 - Viktor Sançes, 35.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm