Dağıl, ay dünya, Maradona da üzünü dartdırıb - FOTO
Bizi izləyin

İdman

Dağıl, ay dünya, Maradona da üzünü dartdırıb - FOTO

İndiki futbolçular arasında ipə-sapa yatmayanları çoxdur. Bəzilərini qiyabi tanıyırıq. Oriyentasiyasını dəyişənlər, axmaq işlərlə məşğul olanlar, narkomaniyaya, mafiyaya qurşananlar.

Özünə fikir verənlər daha çoxdur. Pul qazanmaq üçün müxtəlif reklam çarxlarında çəkilənlər də var. Bunu normal qarşılamaq olar. Amma qız kimi üz-gözünü dəyişdirənlər cəmiyyətdə birmənalı qarşılanmır. Yenə də indikiləri başa düşmək olar ki, cavandılar, zəmanənin tələsinə düşüblər. Bəs Maradonaya nə gəlib?

Publika.az xəbər verir ki, futbol əfsanəsinin plastik əməliyyatdan sonra ilk fotoları yayılıb. Özündən 30 yaş kiçik sevgilisi Rosio Olivayla birlikdə şəkil çəkdirən Dieqonun sifətində dəyişiklik hiss olunur. Onun üzünü dartdırdığı deyilir. Qocalıqdan şikayət edən Maradona bir dəfə açıqlamasında “narkotiklərdən sonra 80 yaşlı qoca kişiyə oxşayıram” demişdi. Daha qəm yeməyə dəyməz, ey futbol dahisi. “Tanrı əli” sənin üzünə sığal çəkib. İndi 80 yaşlı qocaya oxşamırsan.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm