Millimiz FİFA reytinqində 5 pillə irəlilədi
Bizi izləyin

İdman

Millimiz FİFA reytinqində 5 pillə irəlilədi

FİFA fevral ayı üçün reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, ötən ayla müqayisədə liderlər qrupupnda dəyişikıik baş verməyib. Son dünya çempionu Almaniya millisi yenə reytinqə başçılıq edir. Argentina ikinci, Kolumbiya üçüncüdür.

Millimiz oynamadığı halda 5 pillə irəliləyib və 131-ci pillədə qərarlaşıb. Bu da reytinqdəki rəqiblərimizin çıxışlarıyla əlaqədardır.

AÇ-2016-dakı rəqiblərimizə gəlincə, ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. Amma apenninlilər ötən ayla müqayisədə bir pillə geriləyərək 12-ci olub.

Digər rəqiblərimizdən Xorvatiya yığması 19-cu pillədəki mövqeyini qoruyub. Norveç (-2) 69-cu, Bolqarıstan (-4) 70-ci və Malta isə (-2) 149-cu pillədə qərarlaşıb.

Ilk onluq

1 (1). Almaniya – 1729
2 (2). Argentina – 1534
3 (3). Kolumbiya – 1456
4 (4). Belçika – 1430
5 (5). Hollandiya - 1385
6 (6). Braziliya – 1333
7 (7). Portuqaliya - 1189
8 (7). Fransa – 1168
9 (10). Uruqvay – 1146

10 (9). İspaniya - 1144

AÇ-2016-dakı rəqiblərimiz

12 (11). İtaliya – 1112
19 (19). Xorvatiya – 945
69 (67). Norveç - 512
70 (66). Bolqarıstan - 506
149 (147). Malta – 164

Oxumağa davam et
Reklam
Reklam

Gündəm