Fransızlar onun işindən razıdır
Bizi izləyin

İdman

Fransızlar onun işindən razıdır

Fransa Futbol Federasiyası millinin baş məşqçisi Didye Deşamla müqavilənin müddətini uzadıb.

Publika.az xəbər verir ki, yeni müqavilə 2018-ci ildə bitəcək.

Bu isə o deməkdi ki, Deşam həmin ildə Rusiyada keçiriləcək dünya çempionatında da millinin "sükanı arxasında" olacaq.

Deşam 2012-ci ildən millini çalışdırır. Fransız mütəxəssis son mundialda "Xoruzlar"ı 1/4 finala qədər daşısa da, burda onun yolunu gələcək çempion Almaniya kəsmişdi - 0:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm