2017-ci ildən sonra “İldırım çaxmayacaq”
Bizi izləyin

İdman

2017-ci ildən sonra “İldırım çaxmayacaq”

Yamaykalı sprinter Useyn Bolt karyerasını başa vuracağı vaxtı açıqlayıb.

Publika.az xəbər verir ki, qaçış üzrə rekordçu, dünyanın ən sürətli atleti 2017-ci ildə idmançı həyatına nöqtə qoyacaq.

Karyerası ərzində mümkün olan bütün uğurları daddığını dilə gətirən 28 yaşlı dünya və Avropa çempionu ən böyük arzusunu da açıqlayıb. O, 200 metr məsafəni 19 saniyədən az vaxtda qaçmaq niyyətindədir.

21 avqust 1986-cı ildə Yamaykada anadan olan məşhur sprinter 2009-cu il avqustun 16-da Almaniyanın paytaxtı Berlində keçirilmiş dünya çempionatında 100 metrlik məsafəni 9,58 saniyəyə qaçaraq yeni rekord təyin edib. O, avqustun 20-də isə 200 metr məsafəni 19,19 saniyəyə qət edib. Hər iki məsafədə əvvəlki nailiyyətlər də Bolta məxsus idi. Məşhur sprinter 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 3 qızıl medal qazanmaqla yanaşı, 2 dünya rekordu müəyyənləşdirmişdi.

O, ümumiyyətlə altıqat olimpiya, səkkizqat dünya çempionudur, həmçinin 8 dünya rekordunun müəllifidir. Yamayka idmanının tarixinə ən çox olimpiya mükafatçısı kimi düşən Bolt ardıcıl iki olimpiadada (Pekin 2008, London 2012) həm 100, həm də 200 metr məsafəyə qaçışda çempion olan ilk idmançıdır. Sürətinə görə ona “İldırım” ləqəbi verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm