İki Messini 1 milyon avroya aldılar
Bizi izləyin

İdman

İki Messini 1 milyon avroya aldılar

“Barselona”nın ulduz futbolçusu Lionel Messinin portretləri Londonda auksiona çıxarılıb.

Publika.az xəbər verir ki, auksionda argentinalının 2 portreti satılıb. Messinin portretlərini “Sothebys” auksion evi satışa çıxarıb. Futbolçunun bir portretini britaniyalı rəssam Demen Hepsta çəkib. Göy və tünd qırmızı tonda olan “Spin Painting for One in Beautiful Messi Eleven” portreti 494 min avroya satılıb.

Yaponiyalı rəssam Takasi Murokaminin çəkdiyi “Lionel Messi and a Universe of Flowers” portretinə isə 429 min avro ödəyiblər.

Hər iki əsər auksionda qoyulmuş ilkin qiymətindən əhəmiyyətli dərəcədə baha satılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm