Onu bağışladılar...
Bizi izləyin

İdman

Onu bağışladılar...

"Neftçi" rəhbərliyi əvəzedici heyətə göndərilən hücumçusu Ernest Nforu bağışlayıb.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:

"Neftçi"nin futbolçusu Ernest Nfor əvəzedici komandanın məşqlərində səylə iştirak edib və meydana çıxdığı oyunlarda fərqlənib. Əvəzedici komandanın son iki qələbəsində pay sahibi olan futbolçu, baş məşqçi Arif Əsədova müraciət edərək yenidən əsas komandaya qayıtmaq istədiyini və özünü sübut etmək üçün ona şans verilməsini istəyib. Bu müraciətdən sonra məşqçilər korpusunun təqdimatına əsasən futbolçunun əsas komandaya qaytarılmasına qərar verilib".

Qeyd edək ki, Nfor bir müddət öncə məşqlərdə və oyunlarda peşəkar səviyyəsindən aşağı çıxış etməsi və intizamsızlığı səbəbindən məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm