• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bir cənub şəhərindən başlayan uzun yol

  • İdman
  • 13 Fevral 2015 15:37
  • 359 Baxış
Bir cənub şəhərindən başlayan uzun yol

“Neftçi”nin futbolçusu Denis Silva Azərbaycan çempionatlarında 150-ci oyununu keçirib.

Publika.az xəbər verir ki, 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi vaxtilə şərəfini qoruduğu “Xəzər Lənkəran”la qarşılaşmaya təsadüf edib.

Premyer Liqada cənub təmsilçisinin heyətində debüt edən Denis 150-yə bu komanda ilə görüşdə çatıb. Azərbaycan çempionatlarında yalnız iki klubun formasını geyən arxa xətt oyunçusu ölkəmizdəki 8 mövsümdə 8 qol vurub.

Braziliyalıya qədər milliləşənlər də daxil olmaqla, 8 legioner Premyer Liqada 150 və daha çox oyun keçirmişdi. Denis bu siyahıya 9-cu oyunçu kimi daxil olub. O, çempionatda ən çox matç keçirən cənubi amerikalı olduğundan, 150-yə çatan ilk belə futbolçudu.

1. Aleksandr Çertoqanov 255

2. Vladimir Levin 231

3. Arif Daşdəmirov 222

4. Usim Nduka 208

5. Viktor İqbekoyi 207

6. Georgi Adamiya 198

7-8. Tagim Novruzov 167

7-8. Admir Teli 167

9. Denis Silva 150

Xəbər lenti

DAHA ÇOX XƏBƏR