SON DƏQİQƏ: “Neftçi” hücumçusunu Xorvatiya klubuna icarəyə verir
Bizi izləyin

İdman

SON DƏQİQƏ: “Neftçi” hücumçusunu Xorvatiya klubuna icarəyə verir

“Neftçi”nin hücumçusu Ruslan Qurbanov Xorvatiya klubundan təklif alıb. Məlumata görə, “Hayduk” klubundan rəsmi dəvət də gəlib.

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün “Neftçi”nin baş məşqçisi Arif Əsədovla əlaqə saxladıq. Publika.az-a danışan baş məşqçi daha bir yetirməsinin xarici klubda oynamasını klub adına müsbət hal kimi dəyərləndirib:

“Rəsmi şəkildə təklif dünən gəlib. Bu, bizi çox sevindirdi. Düzdür, biz onu itirdik. Çünki o, 2011-ci ildə mən burada olarkən komandaya dəvət almışdı. Amma bizim onu itirməyimiz yaxşı mənadadır. Belə ki, Emil Balayevdən sonra daha bir oyunçumuzun başqa bir klubda oynaması müsbət haldır. Onun bu transferinin milliyə də çox xeyri var”.

Anlaşma rəsmiləşsə, Ruslan mövsümün sonuna kimi icarə əsasında “Hayduk”un şərəfini qoruyacaq. Split klubu hazırda Xorvatiya çempionatında 3-cü pillədə qərarlaşıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm