Yığmanın məşqçiləri orduya çağırıldı
Bizi izləyin

İdman

Yığmanın məşqçiləri orduya çağırıldı

Ukrayna Futbol Federasiyası millisinin məşqçilərinə ordudan çağırış vərəqəsi gəlib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı ukraynalı jurnalist Artyom Frank “twitter”də yayıb. Federasiyaya təqdim olunan siyahıda 89 nəfərin adı qeyd olunub. Onların arasında millinin məşqçiləri - Kiyev “Dinamo”sunun əfsanəvi futbolçusu Aleksandr Zavarovun və Yuri Sivuxanın da adı var.

Jurnalist məsələ ilə bağlı sosial şəbəkədə şərh də yazıb: “İndi mən də fikrə getdim: Zavarov və Sivuxa (əgər doğrudursa) NATO-ya necə faydalı ola bilər? Olmaz ki, onlar öz şöhrətlərini elə yığmada təsdiqləsinlər?”

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm