Məhkəmə qarışısında … - “Dövləti aldatmamışıq”
Bizi izləyin

İdman

Məhkəmə qarışısında … - “Dövləti aldatmamışıq”

“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu Neymarın transferi zamanı vergidən yayınmaqda ittiham olunaraq, məhkəməyə cəlb edilib.

Publika.az xəbər veri ki, dünən prezident məhkəmədə dindirilib. Bartomeu ona qarşı yönələn bütün ittihamları rədd edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb:

“Bartomeu hakim Pablo Rusonun qarşısında bütün məsələlər üzrə ona ünvanlanan suallara cavab verib. O, qərarların düzgünlüyünü vurğulayaraq bildirib ki, bütün məsələlər klubun vergi məsləhətçiləri ilə razılaşdırılıb. Bartomeu bildirib ki, nə özünün, nə də klubun digər rəhbərlərinin heç vaxt dövlət xəzinədarlığını aldatmaq niyyəti olub”.

Bir müddət əvvəl prokuror Xose Perals “Barsa”nın keçmiş prezidenti Sandro Roselin vergidən 9,1 milyon avronu gizlətməsilə bağlı məhkəməyə müraciət etmişdi. Bundan sonra hakim kluba qarşı dələduzluq ittihamı irəli sürmüşdü.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm