İdman
Avropa Oyunlarının açılışında bir sıra dövlət başçıları iştirak edəcək
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Azərbaycan mədəniyyəti və musiqi irsinin elementlərindən istifadə etməklə parlaq və rəngarəng keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü Moskvada "Bakı-2015" ilk Avropa Oyunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
Nazir deyib ki, belə hallarda əsas məsələlər sirr olaraq saxlanılır.
Bakıda ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində bir sıra ölkələrin dövlət başçılarının iştirakı məsələsinə toxunan nazir qeyd edib ki, hazırda bu barədə danışmaq çətindir: "Bu, dövlət başçılarının iş qrafikindən asılı olacaq, amma bəziləri artıq Oyunların açılış mərasimində iştirak etməyə razılıq veriblər".
İlk Avropa Oyunlarının mədəni proqramından danışan A.Rəhimov bildirib ki, Azərbaycan dünya şöhrətli ulduzları dəvət etmək niyyətində deyil, lakin Bakının bütün mədəniyyət obyektləri turistlər üçün açıq olacaq, xüsusi mədəni proqramlar təşkil olunacaq.
Onun sözlərinə görə, yarışların keçirilməsi zamanı bütün təhlükəsizlik tədbirləri görüləcək.
Nazir qeyd edib ki, iqtisadi böhran Oyunların təşkilinə heç cür təsir göstərməyib: "Bu möhtəşəm tədbirin maliyyələşməsinə çəkilən xərclər dövlət büdcəsində nəzərdə tutulub".
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"