• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Futbolçu dava saldı, baş məşqçi qovuldu

  • İdman
  • 14 Fevral 2015 17:17
  • 373 Baxış
Futbolçu dava saldı, baş məşqçi qovuldu

Özbəkistanın olimpiya yığmasının baş məşqçisi (23 yaşadək) Şuxrat Maqsudov postundan qovulub.

Publika.az xəbər verir ki, buna səbəb millinin futbolçusunun dalaşması olub. Hadisə Tailandda keçirilən Kral kuboku turnirində, Cənubi Koreya ilə oyunda baş verib.

Özbəkistanın qalib gəldiyi oyunun gedişində (1:0) millinin futbolçusu Tohir Şamsiddinov cənubi koreyalı futbolçunun sifətinə bir neçə yumruq zərbəsi vurub və qırmızı vərəqəylə cəzalanıb.

Özbəkistan Futbol Federasiyası bu hadisəni “beynəlxalq aləmdə ölkənin nüfuzuna vurulan zərbə” kimi qiymətləndirib və Maqsudovu postundan qovmağa qərar verib.

Tohir Şamsiddinov isə bir il müddətinə diskvalifikasiya olunub.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR